Rusiya prezidenti Vladimir Putin bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin Rusiyadan başqa dövlətlərə uçmasının qarşısını özü alıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Putin deyib ki, o, Rusiyaya tranzit ölkə kimi uçub və onun məqsədi oradan başqa ölkəyə getmək olub.
«Snoudenin gələcək tale necə olacaq» sualına cavabında Kremlin indiki lideri bildirib ki, bu onun özündən asılıdır.
«Siyasi sığıncağın şərtləri ona məlumdur. Ancaq son bəyanatlarına əsasən, o, mövqeyini tez-tez dəyişir. Yekun şərait hələ ki aydın deyil» - deyə, Rusiya lideri söyləyib.