Ali Rada baş nazirin istefası qərar layihəsini qeydə alıb
17 dekabr 2013 03:14 (UTC +04:00)

Ali Rada baş nazirin istefası qərar layihəsini qeydə alıb

Dekabrın 16-da ölkənin baş naziri Nikolay Azarovun istefası ilə bağlı Ukrayna prezident Viktor Yanukoviçə ünvanlan  qərar layihəsini parlament qeydiyyata alıb. 

 

Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, layihənin müəllifi «Batkivşina» fraksiyasının üzvü Vladimir Yavorivskidir.

 

 

Mənbə xatırladıb ki, dekabrın 3-də Ali Rada hökumət başçısı Azarovun istefasına səs verməyib. «Ukrayna Nazirlər Kabinetinin məsuliyyəti haqqında» qərar layihəsini 186 deputat dəstəkləmişdi. Bu məsələyə baxmaq üçün isə azı 226 deputat sənədin gündəliyə çıxmasını imzalamalıdır.

 

 

Dekabrın 15-də isə fraksiyanın üzvü olmayan deputat OLes Doniy bildirib ki, hökumətin istefası ilə bağlı müxalifət 170 imzadan çox toplayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564
avatar

Oxşar yazılar