İran Hörmüzü bağlamayacağını bildirib
İran Hərbi Dəniz Donanması Hörmüz boğazı ətrafında hərbi təlimlərə başlayıb.
Lent.az-ın məlumatına görə, bu manevr 2013-cü il yanvarın 2-dək davam edəcək.
Bir sıra informasiya vasitələri təlim zamanı İranın Hörmüz boğazını bağlayacağı barədə xəbər yaymışdı.
İslam Respublikası Hərbi Dəniz Donanmasının kontr –admiralı Əmir Rastəgari bu xəbəri təkzib edib: «Boğazın bağlanması ilə bağlı donanma heç bir xəbərdarlıq etməyib. Beynəlxalq normalara uyğun olaraq, təlim keçirilən yerə yaxın üzən gəmilərə ehtimal olunan zərər yayınmaq üçün elan veriləcək».
Hərbi manevr Oman körfəzi, Hörmüz boğazı, Hind okeanının şimal hissəsi, Ədən körfəzi və Bab-əl Məndəb boğazı ərazisində keçirilir.