9 uşağın qatili edam oluna bilər
20 dekabr 2012 07:00 (UTC +04:00)

9 uşağın qatili edam oluna bilər

0

ABŞ hərbi komandalığı 16 dinc Əfqanıstan sakinini qətlə yetirmiş hərbçinin edam edilməsinə çalışacaqlarını bildirib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu ilin martında Əfqanıstanın Qəndəhar əyalətində baş çavuş Robert Beylz xəbərdarlı etməndə, heç bir əsası olmadan 16 dinc sakini, o cümlədə 9 az yaşlını güllələyərək, qətlə yetirib.

Bu qanlı olay Əfqanıstan hakimiyyəti ilə ABŞ-ın oradakı hərbi komandalığı arasında münasibəti kəskin şəkildə pisləşdirmişdi.

Beylzin məhkəməsinin başlayacağı tarix hələlik açıqlanmayıb. O, özü baş verənləri qarışıq xatırladığını bildirib.

Mənbənin məlumatına əsasən, son 50 ildə ABŞ-da heç bir hərbiçi  barəsində ölüm hökmü çıxarılmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1419

Oxşar yazılar