Türkiyədə hüquq –mühafizə orqanları və məhkəmələrdə yerdəyişmələr davam edir.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, ölkənin Hakimlər və Prokurorlar Yüksək Qurumu məhkəmə sədrlərinin yerlərini dəyişmək üçün daha bir qərar qəbul edib.
Mənbə bildirib ki, yanvarın 21-də qurumun qərarı ilə 96 hakim və prokurorun iş yeri dəyişdirilib.