Bavariya əyalətinin Ditramstsell şəhər hakimiyyəti Adolf Hitleri fəxri sakin titulunu ləğv edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ötən həftə şəhər şurasında faşistlərin liderinin bu addan məhrum edilməsi məsələsi müzakirə olunarkən, deputatların səsi ikiyə bölünüb. Ona görə də qərar qəbul olunmamışdı.
Bir müddət öncə yerli fəalların araşdırması nəticəsində məlum olub ki, 1933-cü ilin martında Hitlerə fəxri sakin adın verilib.
Şəhər şurasının bəzi üzvləri bildirib ki, Adolf Hitlerin bu statusunun ləğvi tarixin təhrif edilməsinə səbəb olacaq.