Ukraynanın Zakarpatye bölgəsində vilayətin uşaq xəstəxanasına «samoqon» (əldəqayırma spirtli içki) içib zəhərlənən 7 yaşlı oğlan gətirilib.
Lent.az-ın «korrespondent»-ə istinadən məlumatına görə, onu xilas etmək mümkün olmayıb.
Əldəqayırma alkoqoldan zəhərlənən uşaq intensiv tereapiya şöbəsində ölüb.
Valideynlərin sözlərinə görə, yuxudan duran oğlan soyuducudan su götürmək istəyib. Mineral su butulkasındakı 100-150 qrama yaxın «samoqon»u su kimi içib, yatağına qayıdıb. Onu 5 gün yerli xəstəxanada müalicə ediblər.
Vəziyyəti ağırlaşandan sonra vilayət xəstəxanasına aparıblar.