Türkiyədə dekabrın 17-də «korrupsiya və rüşvətə qarşı böyük əməliyyat» nəticəsində bir sıra şirkət və iş adamlarının fəaliyyəti məhdudlaşdırılmış, malları müsadirə edilməsi haqda qərar çıxarılmışdı.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Mustafa Lətif Topbaş, Üsamə kutub, Cəmal Kalyonçu, Ömər Faruk Kalyonçu, Mehmet Cengiz, Abdullah Tivnikli və Cengiz Aktürkün, eləcə də «Bosphorus 360 Limited» və «Zirve Holding Anonim» şirkətlərinin mallarının «müsadirəsi qərarı» ləğv edilib.
Müsadirəyə onların bütün banklardakı hesablarında olan maliyyə, quru yolu, dəniz və hava nəqliyyat növləri, sığorta şirkətlərindəki haqları və oradan alacaqları, habelə sahib olduqları başqa vəsaitlər daxil idi.