Əlcəzair prezidenti Əbdüləziz Buteflik bu ilin aprelində keçirilməsi nəzərdə tutulan prezident seçkisində namizədliyini irəli sürmək niyyətindədir.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda ölkənin baş naziri Əbdülmalik Selal açıqlama verib.
76 yaşlı Buteflik 1999-cu ildən hakimiyyətdədir. O, artıq üç dəfə seçilib.
Ötən ay o, mikroinsult keçirdiyi üçün Parisdə tanınmış klinikalardan birində müalicə olunub.