Hindistanda yaşayan Prahlad Jani adlı şəxs 1940-ci ilədən etibarən çörək yemədən və çay içmədən yaşayır. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 1927-ci ildə anadan olan Jani tanrı Ambanın dəstəyi ilə yaşadığını bildirib.
Jani xarici həkimlərin də marağına səbəb olub. Belə ki xaricdən Hindistana gələn bir qrup həkim 24 saat Janini nəzarət altında saxlayıblar. Həmin müddət ərzində 86 yaşlı qocanın çörək yemədiyi və çay içmədiyi məlum olub. Jani yalnız əl-üzünü yumaq üçün sudan istifadə edib.