Suriya Azadlıq Ordusunun 50 yaraqlısı silahları ilə birgə ötən gecə Türkiyə hüquq-mühafizə orqanlarına təslim olub.
Lent.az-ın «CNN Türk»-ə istinadən məlumatına görə, suriyalı döyüşçülər «əl-Qaidə» ilə bağlılığı olan «İraq İslam Dövləti və Levante» qrupunun hücumlarına dayana bilmədikləri üçün belə bir addım atdıqlarını bildiriblər.