20 «Berkut»çu etirazçıların tərəfinə keçib
19 fevral 2014 21:33 (UTC +04:00)

20 «Berkut»çu etirazçıların tərəfinə keçib

Ukraynanın Ternopol şəhərindəki «Berkut» xüsusi təyinatlı dəstənin 20-ə yaxın əməkdaşı 5 minə yaxın şəhər əhalisi qarşısında Ukrayna xalqına sədaqətli qalacaqlarına and içib.

 

Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, müxalifətdə olan «Svaboda» təşkilatının yerli təmsilçisi Roman Navrotski bildirib ki, «Berkut»un hərbçilərinin xalq tərəfə keçməsi Ukraynada ilk hadisədir.

Onun sözlərinə əsasən, Ternopoldakı «Berkut»çular Kiyevdəki qanlı olayda iştirak etməyib.

Xüsusi təyinatlılar şəhər meydanında «İncili» öpərək , and içiblər. Onların bu hərəkəti «Afərin!» şüarı ilə alqışlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 984
avatar

Oxşar yazılar