2013-cü ildə 70-dən çox jurnalist öldürülüb
31 dekabr 2013 07:09 (UTC +04:00)

2013-cü ildə 70-dən çox jurnalist öldürülüb

2013-cü ildə peşə vəzifəsini icra edərkən, azı 70 jurnalist  həyatını itirib.

 

Lent.az-ın «Alman dalğası»-na istinadən məlumatına görə, bu hesabat mərkəzi Nyu-Yorkda yerləşən Jurnalistlərin Hüququnu müdafiə Komitəsi tərəfindən açıqlanıb.

 

Qurum direktorunun müavini Robert Maxoni bildirib ki, jurnalistlər üçün əsas «döyüş bölgəsi» Yaxın Şərqdir. Suriyada 29, İraqda isə 10 jurnalist öldürülüb. KİV-in 6 əməkdaşı Misirdəki iğtişaşların qurbanı olub.

 

Öldürülən jurnalistlərdən ikisi Rusiya vətəndaşıdır. Onlardan biri «Ximkinsk pravda» qəzetinin baş redaktoru Mixail Beketov, o biri isə  Dağıstanda çıxan  «Novoye delo» həftəliyinin icmalçısı Əhmədnəbi Əhmədnəbiyevdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 723
avatar

Oxşar yazılar