İndoneziyanın qərbində Sumatra adasında vulkan püskürməsi nəticəsində 11 nəfər həlak olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, həlak olanların arasında şənbə günü ekskursiyaya gedən məktəblilər də var.
Onların qaynar kül səpələnməsi nəticəsində öldüyü ehtimal olunur.
Sinabunq vulkanının püskürməsi nəticəsində yaxınlıqdakı kəndlərə ciddi ziyan dəyib. Vulkan külünün hündürlüyü 2 metr olub.
Təbii fəlakət baş verəndən bir gün sonra ətraf rayonlardan 14 min sakin köçürülüb.
Mənbə xatırladıb ki, 2010- 2013-cü illərdə vulkan «yatmış vəziyyətdə» olub.