Liviyanın hökumət qüvvələri Sirt şəhərində İŞİD terror qruplaşmasının girovluğunda olan 11 gənc qadını azad edib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Al-Arabiya telekanalı məlumat yayıb.
Məlumata əsasən, girovluqdan azad edilən qadınlar Liviyaya qeyri-qanuni yolla Avropa ölkələrinə keçmək üçün gəliblər, burada isə İŞİD terrorçuları tərəfindən girov götürülüblər.
Qadınlar etiraf ediblər ki, yaraqlılar onları ağlasığmaz işgəncələrə məruz qoyublar.