Almaniyanın şimalında Hamburqda kütləvi qarşıdurma zamanı onlarla etirazçı, o cümlədən 117 polis xəsarət alıb.
APA TV-nin məlumatına görə, hüquq mühafizə orqanları ilə yaranan çaxnaşmaya səbəb yerli hakimiyyətin uçqun təhlükəsi səbəbindən Rote Flora mədəniyyət mərkəzini bağlamaq planıdır. Bu mərkəz 19-cu əsrdə tikilmiş teatrın binasında yerləşir və son illər radikal solçuların toplanma yeri olub. Bağlanma xəbərindən sora 7 min 300 etirazçı küçələrə çıxıb.
Nəticədə hökumət 2 minə yaxın polisi səfərbər edib. Aksiya iştirakçıları mağazaların vitrinlərini və park edilmiş avtomobillərin şüşələrini sındırmağa başlayıblar. Son məlumatlara görə, qarşıdurmalar zamanı 117 polis əməkdaşlı xəsarət alıb. Polis təxminən 150 aksiya iştirakçısını saxlayıb.