İtaliyanın xarici işlər naziri Emma Bonino ikigünlüyə Tehrana rəsmi səfər edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onun İran prezidenti Həsən Ruhani ilə görüşü planlaşdırılıb.
Yerli KİV italiyalı diplomatı iranlı həmkarı Məhəmmədcavad Zəriflə də görüşəcəyini bildirib.
Son 10 ildə İtaliyanın xarici işlər naziri ilk dəfədir Tehrana səfər edir.
Səfər öncəsi Bonino bildirib ki, İranda bir sıra məsələləri o cümlədən, Suriyadakı savaşı, Tehranın nüvə proqramını müzakirə edəcək.