Xamenei məhv ediləcəyindən  qorxur - təcili tədbirlər  görülüb
09 fevral 2026 14:55 (UTC +04:00)

Xamenei məhv ediləcəyindən qorxur - təcili tədbirlər görülüb

0

Əli Xamenei ABŞ-ın hücumu reallaşarsa məhv edilməsi ehtimalını ciddi qəbul edib.

İranın ali lideri Əli Xamenei sui-qəsd ehtimalına görə səlahiyyətlərini İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Şurasına həvalə edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, daha əvvəl xəbər verildiyi kimi, İranın Əli Xameneinin nəvəsi Əli Əhməd Xamenei ABŞ ilə hərbi münaqişə ehtimalını şərh edib və onun sözlərinə görə, ölkə son zamanlar buna yaxınlaşıb.

Bu fonda, gücləndirilmiş təhlükəsizlik tədbirləri səbəbindən, ayətullah Xameneinin İranın "Hərbi hava qüvvələri günü" münasibətilə ənənəvi çıxışının ləğv edilməsi qərara alınıb. Tədbirə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əbdürrəhim Musavi sədrlik edib.

İsrail təhlükəsizlik və kəşfiyyat agentlikləri daxilində ABŞ-ın İrana potensial növbəti hücumunun həlledici və Əli Xameneinin rejiminin süqutuna səbəb ola biləcəyi ilə bağlı artan fərziyyələr də mövcuddur.

Analitiklər hesab edirlər ki, Tehrana qarşı əvvəlki təzyiq mərhələsi, o cümlədən nüvə obyektlərinə məhdud təsir gözlənilən nəticəni verməyib, sadəcə daha böyük və daha ağır ssenarinin başlanğıcı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar