Vısotskinin ölüm maskası  hərraca çıxarılacaq
14 oktyabr 2025 02:47 (UTC +04:00)

Vısotskinin ölüm maskası hərraca çıxarılacaq

0

1980-ci ildə Vladimir Vısotskinin dul arvadının nəzarəti ilə düzəldilən bürünc ölüm maskası Monakoda hərraca çıxarılacaq.

Lent.az xarici mətbuata istinadla xəbər verir ki, təqdim olunan maska Vısotskinin ölümündən az sonra hazırlanmış orijinal gips formasından düzəldilən məlum üç bürünc maskadan birincisidir.

Orijinal gips ölüm maskası Sovet heykəltəraşı Yuri Vasiliev tərəfindən hazırlanıb. O, həmçinin Vısotskinin sol əlinin surətini hazırlamışdı.

Vladimir Vısotski şair, müğənni, peşəkar aktyor, SSRİ Dövlət Mükafatı laureatı, filmlərdə səsləndirilən bir çox mahnıların müəllifi olub. O, müxtəlif mövzularda 600-dən çox şeir və mahnı yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar