İraqın hüquq-mühafizə orqanları dövlət banklarının birindən Baş Vergi Administrasiyasına məxsus 2,5 milyard dollar vəsaitin yoxa çıxmasını araşıdırır.
Lent.az-ın rəsmi İNA agentliyinə istinadla xəbərinə görə, faktla bağlı istintaqa cəlb olunan şəxslərin adları açıqlanmır. Məsələ ilə bağlı Maliyyə Nazirliyi də daxili yoxlama aparır.
İstintaqın məlumatına görə, Baş Vergi Administrasiyasının Əl-Rafidain bankındakı hesabdan 3,7 trilyon dinar (2,5 milyard dollar) oğurlanıb.
Baş nazir Məhəmməd Şiə əl-Sudani də oğurluğu törədənlərin tezliklə tapılıb cəzalandırılacağını bildirib.