ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda şəhər kanalizasiyasından Potomak çayına axan çirkab sularına görə fövqəladə vəziyyət rejiminin tətbiqini təsdiqləyib.
Lent.az xəbər verir ki, bu barədə Federal Fövqəladə Hallar Agentliyi (FEMA) məlumat yayıb.
Qurum yerli hökumət orqanlarının fövqəladə vəziyyətin nəticələrinə qarşı bütün tədbirlərini koordinasiya etməli və yerli əhaliyə yardım göstərməlidir.
Qeyd edək ki, yanvarın ortalarında Merilend ştatında kanalizasiya borularının partlaması nəticəsində 886 000 kubmetr tullantı suyu Potomak çayına axıb.