"Vaqner" hərbi qruplaşmasının komandiri Yevgeni Priqojin Rusiya ordu rəhbərliyini sərt tənqid edib.
Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, o bildirir ki, silah-sursat çatımazlığından kəskin əziyyət çəkirlər.
Bununla yanaşı o, ətrafdakı onlarla meyiti göstərərək onların cümə axşamı - yəni dünən həlak olduğunu bildirib.
Priqojin onu da əlavə edib ki, olduqca böyük itkiləri var. Bir neçə günlük silah-sursat ehtiyatları qalıb. Ona görə də Baxmut şəhərini tərk edə bilərlər.