ÜST uşaqların tam peyvənd edilməsinin əleyhinə çıxdı
23 dekabr 2021 02:33 (UTC +04:00)

ÜST uşaqların tam peyvənd edilməsinin əleyhinə çıxdı

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaq və yeniyetmələrin koronavirusa qarşı tam peyvənd edilməsini tövsiyə etmir, çünki bu yaş qrupunda ciddi xəstəlik halları azdır. 

Lent.az xəbər verir ki, bu barədə ÜST-ün immunizasiya üzrə ekspertlərdən ibarət strateji məsləhət qrupunun Cenevrədə yaydığı bəyanatda deyilir.

Həmçinin digər səbəb kimi bildirilib ki, bir sıra ölkələrdə əhalinin yüksək risk qrupundan olan təbəqələri hələ də tam peyvənd olunmayıb.

Qeyd edək ki, daha əvvəl ÜST rəhbəri Qebreyesus bildirimişdi ki, vaksinlərə bərabər çıxışı təmin etmək üçün əlavə tədbirlərə ehtiyac var: “Birinci və ya ikinci peyvəndi hələ almamış tibb işçiləri, yaşlılar və riski yüksək olan digər şəxslər üçün peyvənd imkanlarının təmin edilməsinə üstünlük verilməlidir. Afrikada hər dörd tibb işçisindən üçü peyvənd olunmur”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1296
avatar

Oxşar yazılar