Ukraynadakı müharibədə 57 jurnalist  həlak olub
05 noyabr 2024 19:46 (UTC +04:00)

Ukraynadakı müharibədə 57 jurnalist həlak olub

Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri 57 jurnalist həlak olub, 45 nəfər yaralanıb

Lent.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Ukraynaya genişmiqyaslı müharibənin başlanmasından indiyədək 8-i xarici olmaqla 57 jurnalist öldürülüb. Bundan başqa, 25-i xarici olmaqla 45 jurnalist yaralanıb. Baş Prokurorluq indiyədək KİV nümayəndələrinə qarşı hərbi cinayətlərə görə 107 cinayət işi açıb.

Bu barədə Ukrayna Media Mərkəzində keçirilən brifinqdə Baş Prokurorluğun Cinayət hüququ siyasəti və investisiyaların müdafiəsi departamentinin rəhbəri Aleksey Bonyuk bildirib.

O qeyd edib ki, 2022-ci ildən cinayətlərin yeni kateqoriyası - jurnalistlərə qarşı hərbi cinayətlər yaranıb. Bu kateqoriya memoranduma və yaradılmış platformaya uyğun olaraq nəzarətə götürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 588
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar