Ukraynadakı hərbi əməliyyatların  YENİ XƏRİTƏSİ:   Böyük şəhərlər bombalanır, Mariupol ətrafındakı...
23 mart 2022 20:57 (UTC +04:00)

Ukraynadakı hərbi əməliyyatların YENİ XƏRİTƏSİ: Böyük şəhərlər bombalanır, Mariupol ətrafındakı...

Martın 22-dən 23-nə keçən gecə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Ukraynada hərbi əməliyyatların yeni xəritəsini yayıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Rusiyanın quru hücumlarının uğursuzluğundan sonra Kiyev və digər iri şəhərlərin ətrafındakı Rusiya qüvvələrinin getdikcə daha çox uzaqmənzilli bombardmanlara üstünlük verdiyi bildirilir.

İnstitut hesab edir ki, Rusiya qoşunlarının böyük şəhərləri bu şəkildə təslim olmağa məcbur etməsi ehtimalı azdır.

“Rusiya qoşunları son sutka ərzində Ukraynanın şimal-şərqindəki Çerniqov, Sumı və Xarkov şəhərləri istiqamətində hücum əməliyyatları keçirməyib. Rusiya qoşunları Mariupolun halqasını daha da azaltmağa davam edib”, - məlumatda deyilir.

Ukraynada fevralın 24-də başlayan Umüharibə 28-ci gündür ki, davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2520
avatar

Oxşar yazılar