Rusiya qüvvələri Ukraynaya məxsus dünyanın ən böyük təyyarəsini vurub.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.
Onun sözlərinə görə, dünyanın ən böyük yükdaşıma təyyarəsi olan Ukraynaya məxsus AN-225 "Mriya" Rusiya qüvvələri tərəfindən vurulub.
Təyyarənin Kiyev yaxınlığında hava limanında vurulduğu bildirilir.