Havay Hava Yollarına məxsus Airbus “A330” təyyarəsinin ən azı 36 sərnişini və ekipajı uçuş zamanı xəsarət alıb.
Lent.az CNN-ə istinadən bildirir ki, ABŞ Feniks ştatından (Arizona) Havay adalarının Honoluluya uçan təyyarə turbulent zonaya düşüb.
Hadisə nəticəsində 14 aylıq körpə də daxil olmaqla 20 zərərçəkən təcili yardıma aparılıb. 11 sərnişinin ağır yaralandığı bildirilir.
Turbulent Honoluluya enişdən 30 dəqiqə əvvəl başlayıb.
Havay Hava Yollarının məlumatına görə, təyyarə yerli vaxtla saat 10:50-də (Bakı vaxtı ilə 00:50) təhlükəsiz yerə enib.