Türkiyəli məşhur aparıcı  həbs edildi
19 yanvar 2026 17:49 (UTC +04:00)

Türkiyəli məşhur aparıcı həbs edildi

0

Türkiyənin tanınmış psixoloqu, yazıçısı və televiziya aparıcısı Esra Ezmeci 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, Ezmecinin istifadə etdiyi “klinik psixoloq” titulunun araşdırılması zamanı onun bu sahə üzrə hər hansı diplomunun olmadığı müəyyən edilib. Bunun ardınca edilən müraciət əsasında İstanbul Baş Prokurorluğunda araşdırma aparıb.

İş üzrə məhkəmə iclası İstanbul Birinci İnstansiya Cinayət Məhkəməsində keçirilib. Dinləmədə Esra Ezmeci və onun vəkili iştirak edib. Müdafiə tərəfinin çıxışından sonra məhkəmə heyəti qərarını açıqlayaraq Ezmecini 10 ay həbs cəzasına məhkum edib.

Qeyd edək ki, hökmün elan edilməsi təxirə salınsa da, Esra Ezmeci qərardan narazı qalaraq apellyasiya şikayəti verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar