Türkiyənin Çanaqqala rayonunda meşə yanğınlarının miqyası genişlənir.
Lent.az TRT-yə istinadla xəbər verir ki, artıq təxliyə olunan yaşayış məntəqələrinin sayı ona çatıb. Eyni zamanda 18 Mart Universiteti və 1 RLS də təxliyə olunub. Yanğınsöndürən heyətin sayı 1100 nəfərə çatdırılıb.
***
21.00
Türkiyənin Çanaqqala regionundakı meşə yanğının miqyası genişlənir.
Lent.az-ın xəbərinə görə, artıq 6 kənd təxliyə olunub, 10 kənd üçün xüsusi mühafizə rejimi tətbiq olunub. Yanğın artıq 15 kvadrat kilometrdən çox əraziyə yayılıb. ərazidəki avtomobil yolları bağlanıb. Güclü külək və isti hava alovla mübarizəni çətinləşdirir.
Yanğınla mübarizəyə 500 nəfərlik şəxsi heyət, 10 təyyarə, 26 helikopter və 70-dən çox maşın cəlb edilib.
Alovlar 1 universitet, tələbə yataqxanası və xəstəxana üçün təhlükə yaradıb.