Türkiyənin Diyarbəkir şəhərində polis əməkdaşlarına qarşı terror aktı törədilib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, bu gün səhər saatlarında çevik polislər əməliyyata getdiyi zaman yol kənarında park edilən bir avtomobil partladılıb.
Nəticədə polis əməkdaşlarından 8 nəfər, həmçinin başqa 1 mülki vətəndaş yaralanıb.
Hadisə ilə əlaqədar 2 nəfər saxlanılıb.