Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
12 oktyabr 2021 00:16 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Türkiyədə İKİ YENİ nazirlik yaradılıb

0

Türkiyədə Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi, habelə Miqrasiya nazirlikləri yaradılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib.

Prezident Ərdoğan deyib ki, son iclasda Türkiyənin yaşıl inkişaf mərhələsini uğurla keçməsi üçün Ətraf Mühit və Şəhərsalma Nazirliyinin adı dəyişdirilərək Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi kimi adlandırılmasına qərar verilib.  

Paris İqlim Müqaviləsinin Türkiyə  parlamentində yaxın zamanda  təsdiqinin gözlənildiyini vurğulayan Türkiyə prezidenti yeni nazirliyin nəzdində İqlim Dəyişikliyi və Adaptasiya Komissiyası yaradıldığını, İqlim Dəyişikliyi İdarəsi qurulduğunu, Metrologiya,  Çölləşmə və Eroziya ilə Mübarizə Baş İdarələrinin yeni nazirliyin nəzdinə keçdiyini bildirib.

R.T.Ərdoğan Türkiyənin Daxili İşlər Nazirliyinin nəzdində olan Miqrasiya İdarəsinin isə müstəqil Miqrasiya Nazirliyi olaraq fəaliyyət göstərəcəyini bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1414

Oxşar yazılar