ABŞ-da çox dəhşətli cinayətin üstü açılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə ölkənin "Dailymail" və "NYpost" media orqanları məlumat yayıb. Adı çəkilən media orqanlarında yer alan xəbərə görə, hüquq-mühafizə orqanalrı əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı bir cəsəd tapılıb. Cəsədin bəzi hissələrinin olmadığı müəyyən edilib. Sonra məlum olub ki, 39 yaşlı bir nəfər 70 yaşlı qonşusunu öldürüb və onu yeməyə başlayıb.
Qatil həmin əti yeməyin onun beynini yaxşılaşdıracağına, gücləndirəcəyinə inanırmış. Polislər bunun saxlanılan şəxsin ilk cinayəti olduğunu iddia edirlər. Amma bəziləri ilk olmadığını düşünürlər.