Trampdan yeni açıqlamalar -  Ukrayna, Rusiya.....
04 mart 2025 02:01 (UTC +04:00)

Trampdan yeni açıqlamalar - Ukrayna, Rusiya.....

ABŞ prezidenti Donald Tramp Ukraynanın faydalı qazıntıları ilə bağlı razılaşmanı uğursuz hesab etmədiyini bildirib. Siyasətçi sabah axşama planlaşdırılan çıxışında bu barədə daha ətraflı danışacağını deyib.

Lent.az xəbər verir ki, Tramp Ukraynada əldə edilməsi mümkün olan yaxşı nadir torpaqların olduğunu, buna görə də bu sazişin ABŞ biznesi üçün çox vacib olduğunu deyib.

"Düşünürəm ki, bu, bizim üçün böyük bir işdir. Çünki axmaq Bayden 300-350 milyard dolları verdi. Və bilirsinizmi, nə baş verdi? Biz heç nə almadıq. Biz sadəcə onu verdik. Biz bütün ABŞ Hərbi Dəniz Qüvvələrimizi 350 milyard dollara yenidən qura bilərdik. Bir fikirləşin. İndi isə biz hər şeyi, hətta daha çoxunu geri qaytarırıq", - Tramp deyib.

Tramp Ukraynaya hərbi yardımı dayandırmaq qərarı ilə bağlı suala cavab verməyib. Tramp həmçinin ABŞ-nin yeni xarici siyasətinin əsasən Moskvanın baxışı ilə üst-üstə düşdüyünü düşünür. O bildirib ki, onlar həm Rusiya, həm də Ukrayna ilə danışıqlar aparmalı olacaqlar. Bundan əlavə, Avropa ölkələrinin razılığını almaq da lazım olacaq.

"Hesab edirəm ki, hamı bir otaqda bir araya gəlməlidir və biz razılaşmalıyıq. Razılaşma çox tez bağlana bilər. Bu, o qədər də çətin razılaşma olmalı deyil. Ola bilsin, kimsə razılaşmaq istəməz. Əgər kimsə razılaşmasa, məncə, o adam uzun müddət tab gətirə bilməyəcək. Çünki mən inanıram ki, Rusiya razılaşmaq istəyir. İnanıram ki, Ukrayna xalqı saziş bağlamaq istəyir. Onlar hamıdan çox əziyyət çəkirlər. Söhbət əziyyətdən gedir. Onlar əziyyət çəkirlər.", - Tramp bildirib.

Tramp bir daha deyib ki, onun fikrincə, Avropa ABŞ-dan daha çox kömək etməli idi. Lakin onların Co Baydendən daha ağıllı olduğu məlum oldu.

Tramp təkcə ötən həftə Ukrayna və Rusiyadan 2700 hərbçinin həlak olduğunu bildirib.

"Mən bunun dayandırılmasını istəyirəm. Pul bir şeydir. Ancaq insan ölümlərini də nəzərə almaq lazımdır. Onlar həftədə minlərlə əsgər itirirlər. Mən hələ hərbi əməliyyatlarda ölən insanları saymıram. Biz bunun bitməsini istəyirik.", - o deyib.

Tramp sülh sazişindən sonra Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsinə isə münasibət bildirməyib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında Oval kabinetdə keçirilən görüşdə iki tərəf arasında mübahisə yaranıb və nəticədə ABŞ və Ukrayna arasında faydalı qazıntılarla bağlı sazişin imzalanması baş tutmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1946

Oxşar yazılar

Kipr Sülh Əməliyyatının 51-ci ili - Tarixi fotolar

Kipr Sülh Əməliyyatının 51-ci ili - Tarixi fotolar

21 iyul 2025 , 06:16
Avtobus uçuruma yuvarlandı - 14 ölü

Avtobus uçuruma yuvarlandı - 14 ölü

21 iyul 2025 , 03:31
Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

21 iyul 2025 , 02:21
Türkiyəyə 200 kilodan çox   kokain keçirilməsi cəhdi-  Diplomat saxlanıldı

Türkiyəyə 200 kilodan çox kokain keçirilməsi cəhdi- Diplomat saxlanıldı

20 iyul 2025 , 18:02
Benyamin Netanyahu, İsrail Baş naziri

Netanyahu qidadan zəhərləndi

20 iyul 2025 , 17:20
Gəmi yanır -  Ölənlər var  -VİDEO

Gəmi yanır - Ölənlər var -VİDEO

20 iyul 2025 , 16:55
Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15