ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.
Lent.az xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında məlumat verib.
“Az öncə Donald Trampla danışdım. Uzun söhbət oldu. Sülhün əldə edilməsi imkanları haqqında, komanda səviyyəsində birlikdə işləmək istəyimiz, texnoloji imkanlarımız, xüsusən dronlar və digər müasir istehsallarımız barədə müzakirə apardıq. Birgə nə edə biləcəyimizə maraq göstərdiyinə görə Prezident Trampa minnətdaram”, - Ukrayna lideri qeyd edib.
***
22:00
ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı baş tutub.
Lent.az xəbər verir ki, bu barədə Zelenskinin ofisi məlumat yayıb.