Rusiyanın hərbi təyyarəsi Polşanın hava məkanına girdi -  Bəyanat
12 fevral 2025 01:13 (UTC +04:00)

Rusiyanın hərbi təyyarəsi Polşanın hava məkanına girdi - Bəyanat

Polşa Silahlı Qüvvələri Rusiyanın Su-24 təyyarəsinin respublikanın hava məkanına daxil olduğunu açıqlayıb.

Lent.az xəbər verir ki, müvafiq bəyanat Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının “X” səhifəsində yayımlanıb.

Polşa tərəfinin məlumatına görə, insident fevralın 11-də yerli vaxtla saat 14:09-da Qdansk körfəzinin şərq hissəsində, ölkənin ərazi suları üzərində baş verib.

Su-24MR-nin Polşa hava məkanında maksimum 6,5 km dərinliyə daxil olduğu və orada 1 dəqiqə 12 saniyə qaldığı bildirilir.

Komandanlığın bəyanatına görə, Polşa Rusiya tərəfi ilə əlaqə saxlayıb və onlar insidentin səbəbinin Su-24MR təyyarəsinin naviqasiya sisteminin nasazlığı ilə əlaqədar olduğunu bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 777

Oxşar yazılar