Ağır xəstə olan Bryus Uillis  artıq danışa bilmir:  qızından AÇIQLAMA
12 fevral 2025 18:03 (UTC +04:00)

Ağır xəstə olan Bryus Uillis artıq danışa bilmir: qızından AÇIQLAMA

Ağır xəstə olan məşhur aktyor Bryus Uillis artıq danışa bilmir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun böyük qızı Talluula jurnalistlərə açıqlamasında bildirib. O, aktyorun 2023-cü ildə diaqnozu qoyulmuş alın-şəkilli demensiya fonunda səhhətinin pisləşdiyini və danışmaq qabiliyyətini itirdiyini söyləyib. Bununla belə, Uillisin ortancıl qızı Rumer bu məlumatı təkzib edib. 

"Onun hər şeyi qaydasındadır, çünki o, bizim bir ailə olduğumuzu görür. Biz bir-birimizə çox bağlıyıq və ən gözəl olan budur – biz necə bir-birimizə sıx bağlıyıq, bu çox gözəldir. Biz həqiqətən bir bütövük", – Rumer qeyd edib.

Bryus Uillisin xəstəliyi – nə zaman məlum olub?

2022-ci ildə məlum olub ki, Bryus Uillis yaşla bağlı beyin xəstəliyinə görə aktyorluq karyerasını başa vurur. Uillisdə nitq pozğunluğu – afaziya inkişaf edib. 2023-cü ildə aktyora alın-şəkilli demans diaqnozu qoyulub ki, bu xəstəliyin simptomlarından biri də afaziyadır.

Bu barədə aktyorun ailəsi xəstəliyin tədqiqi ilə məşğul olan bir saytın səhifəsində məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 888

Oxşar yazılar