Tramp-Putin danışığının DETALLARI AÇIQLANDI
12 fevral 2025 21:51 (UTC +04:00)

Tramp-Putin danışığının DETALLARI AÇIQLANDI

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp şəxsi görüşlərin təşkili barədə razılığa gəliblər.

Lent.az xəbər verir ki, bu barədə Kremlin Putinlə Tramp arasında telefon danışığı barədə yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, dövlət başçıları Rusiya və ABŞ vətəndaşlarının mübadiləsi ilə bağlı məsələləri müzakirə ediblər.

ABŞ Prezidenti Putini əmin edib ki, Amerika tərəfi əldə olunmuş bütün razılaşmaları yerinə yetirəcək.

"Ukraynada nizamlanma mövzusu da müzakirə olunub. Donald Tramp hərbi əməliyyatların tezliklə dayandırılması və problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib. Vladimir Putin isə öz növbəsində münaqişənin köklü səbəblərini aradan qaldırmağın zəruriliyini qeyd edib və Donald Trampla razılaşıb ki, uzunmüddətli nizamlanmaya sülh yolu ilə nail olmaq olar.

Rusiya Prezidenti Amerika dövlətinin başçısının əsas tezislərindən biri olan "ölkələrimizin birgə işləməsinin vaxtı çatıb" tezisini dəstəkləyib.

Söhbət zamanı Yaxın Şərq nizamlanması, İranın nüvə proqramı, eləcə də iqtisadi sahədə ikitərəfli Rusiya-Amerika münasibətləri mövzularına da toxunulub.

Rusiya Prezidenti ABŞ prezidentini Moskvaya səfərə dəvət edib və Amerika rəsmilərini Rusiyada qarşılıqlı maraq doğuran sahələr, o cümlədən Ukrayna nizamlanması ilə bağlı qəbul etməyə hazır olduğunu bildirib.

Vladimir Putin və Donald Tramp şəxsi görüşlərin təşkili də daxil olmaqla, şəxsi təmasları davam etdirilməsi barədə razılığa gəliblər", deyə Kremlin malumatında qeyd olunub.

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefonda danışıb.

Lent.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, söhbət təxminən bir saat yarım davam edib.

Putin və Tramp Yaxın Şərq nizamlanması və Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətləri müzakirə ediblər.

Rusiya lideri ABŞ-li həmkarını Moskvaya dəvət edib.

Peskov bildirib ki, Putin və Tramp telefon danışığında şəxsi görüşün təşkili barədə razılığa gəliblər.

Putin Trampla razılaşıb ki, Ukraynada uzunmüddətli nizamlanmaya danışıqlar yolu ilə nail olmaq olar.



***
21:02

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb.

Lent.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

“Prezident Donald Tramp çərşənbə günü səhər Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb”, - məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1332

Oxşar yazılar