Yüzlərlə insan zəlzələdən xilas olmaq üçün bu adadan  qaçır
12 fevral 2025 15:09 (UTC +04:00)

Yüzlərlə insan zəlzələdən xilas olmaq üçün bu adadan qaçır

Ada boşdur, lakin seysmoloji fəaliyyət davam edir. Təhlükə səbəbindən turistlər və yerli sakinlər adanı tərk edirlər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, məşhur adada silsilə zəlzələlər davam etdiyi üçün insanlar Afinaya çatmaq ümidi ilə qaçırlar. Cümə günündən etibarən Egey dənizindəki Santorini və Amorgos vulkanik adaları arasındakı dənizdə bir neçə dəqiqədən bir yüzlərlə zəlzələ qeydə alınıb. Zəlzələlərdən biri 4,7 bal gücündə olub. Bu səbəbdən təkcə Santorinidə deyil, yaxınlıqdakı adalarda da məktəblər bağlanıb.

"Hər şey bağlıdır. İndi heç kim işləmir. Bütün ada boşdur", - 18 yaşlı yerli sakin agentliyə bildirib.

Seysmoloqlar hesab edirlər ki, intensiv seysmik aktivlik günlər və ya həftələr ərzində azala bilər. Həmin vaxta qədər insanlara sürüşmə riski səbəbindən sahilyanı ərazilərdən uzaq durmaq və qapalı yerlərdə toplaşmaqdan çəkinmək tövsiyə edilib. Bəzi otellər binalarını daha davamlı etmək üçün hovuzlarından suyu boşaltmağa başlayıblar.

Yunanıstan Afrika və Avrasiya tektonik plitələrinin sərhəddində yerləşdiyi üçün Avropanın zəlzələyə ən çox meyilli ölkələrindən biridir. Daha əvvəl xəbər verildiyi kimi, yanvarın sonunda Santorinidə vulkanik aktivliyin artması qeydə alınıb. Burada sonuncu əhəmiyyətli püskürmə 1950-ci ildə baş verib. Hazırda alimlər vulkanın yenidən püskürəcəyinə dair heç bir əlamət görmürlər. Onların fikrincə, o, təxminən 20.000 ildə bir dəfə partlayır və sonuncu fəlakətli püskürmədən cəmi 3000 il keçib.

Seysmoloqlar deyirlər: "Növbəti püskürməyə hələ çox vaxt var".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 678

Oxşar yazılar