Qabyuyan vasitələrin sağlamlığa ZİYANI
12 fevral 2025 18:20 (UTC +04:00)

Qabyuyan vasitələrin sağlamlığa ZİYANI

Qabyuma vasitələri çox ehtiyatla istifadə olunmalıdır, əks halda onlar sağlamlıq üçün ciddi problemlərə səbəb ola bilər.

Lent.az xarici mediaya istinadla qabyuyan vasitələrin sağlamlığa ziyanı ilə bağlı məlumatları təqdim edir:

Əksər evdar qadınlar hər gün qabyuyan vasitələrdən istifadə edirlər, lakin onların tərkibi və mümkün nəticələri barədə çox düşünmürlər. Müasir bazar geniş çeşiddə təmizləyici vasitələr təklif edir, lakin onlar nə dərəcədə təhlükəsizdir?

Qabyuyan vasitələrin qalıqları: görünməz təhlükə

Ekspetlərin sözlərinə görə, bu cür mayelərin tərkibində olan maddələr sağlamlığa nəzərəçarpmaz şəkildə zərər vura bilər. Məsələ ondadır ki, qabyuyan vasitənin hissəcikləri boşqablarda, stəkanlarda və süfrə ləvazimatlarında qalır, baxmayaraq ki, gözlə görünməyə bilər. Zamanla bu qalıqlar qida və içkilərlə birlikdə orqanizmə daxil olaraq yığılır və müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.

Kimyəvi maddələri qabların səthindən tamamilə təmizləmək çox çətindir. Onların qalıqlarını minimuma endirmək üçün aşağıdakı tədbirləri görmək lazımdır:

Qabları isti axar su ilə ən azı 2-3 dəqiqə yaxalamaq. Mümkün olduqda, qabyuyan maşından istifadə etmək. Bu cihaz qab yuyucu vasitənin böyük hissəsini yuyub aparır (amma 100 faiz deyil).
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 912

Oxşar yazılar