“Trabzonspor” “Beşiktaş”ı xalsız yola saldı
19 oktyabr 2026 23:16 (UTC +04:00)

“Trabzonspor” “Beşiktaş”ı xalsız yola saldı

0

Türkiyə Super Liqasında VIII turun oyunları keçirilir.

Lent.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Trabzonspor” doğma meydanda “Beşiktaş”ı qəbul edib.

Trabzondakı “Papara Park” stadionunda keçirilən görüşdə meydan sahibləri seviniblər.

Hesabı Ozan Tufan açıb. Matçın 71-ci dəqiqəsində Məhəmməd Salah fərqlənərək “Trabzonspor”un üstünlüyünü iki topa çatdırıb – 2:0.

Qeyd edək ki, Trabzon təmsilçisi turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Beşiktaş" isə 5-ci sırada yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 169

Oxşar yazılar