Sosial mediada  tanış olub evlənən   yaşlı kişinin həyatı kabusa çevrildi
12 fevral 2025 19:59 (UTC +04:00)

Sosial mediada tanış olub evlənən yaşlı kişinin həyatı kabusa çevrildi

Antalyada həyat yoldaşı tərəfindən haqqında uzaqlaşdırma qərarı çıxarıldığı üçün 4 aydır yararsız vəziyyətdə olan bir avtomobilin içində yaşamağa məcbur olan 62 yaşlı təqaüdçü Nəcəd Tilif bildirib: "Məni qoruyacaq bir qanun yoxdurmu? Əgər bura Ərzurum olsaydı, ilk gündən donaraq ölərdim".

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Antalyanın Döşəməaltı rayonunun Çıplaklı məhəlləsində yaşayan Nəcəd Tilif, 4 aydır evinin yaxınlığında avtomobilinin içində yaşamağa məcbur olur. Haqqında məhkəmə tərəfindən çıxarılan uzaqlaşdırma qərarı səbəbilə evinə yaxınlaşa bilmir.

Qışın soyuq günlərində avtomobilinə qoyduğu yorğan və yastıqlarla sağ qalmağa çalışan Tilif, qonşularının yardımları ilə qida və odun ehtiyacını qarşılayır. Lakin 6 gün əvvəl keçirdiyi yol qəzası onun həyatını daha da çətinləşdirib. Avtomobili artıq istifadə edilə bilmədiyi üçün ikinci əl geyim satmaq və digər işlər görməklə dolanmaq imkanını da itirib.

Bir evliliyin ardından gələn faciə

Tilif 4 il əvvəl sosial mediada tanış olduğu Z.T. ilə evləndikdən sonra həyatının kabusa çevrildiyini bildirib. O, evliliklərinin 10-cu günündə həyat yoldaşının evin çıxarışını (kupçasını) istədiyini və bu səbəbdən mübahisə yaşandıqlarını deyib. Tilifin sözlərinə görə, həyat yoldaşı Ankaraya gedərək orada özünə xəsarət yetirib və polisə şikayət edərək ona qarşı zorakılıq ittihamı irəli sürüb. Məhkəmə nəticəsində 3 aylıq həbs cəzası alsa da, sicili təmiz olduğu üçün cəzası ertələnib.

“Evliliyimizin 10-cu günündə həyat yoldaşım evin çıxarışını istədi. Bu barədə daha əvvəl heç bir danışığımız olmamışdı. Mübahisə etdik və mən yatmağa getdim. O isə təyyarəyə minib Ankaraya getdi. Orada özünə xəsarət yetirib, zorakılıq raporu alaraq məndən şikayətçi oldu. Mənə 3 ay həbs cəzası verildi, amma sicilim təmiz olduğu üçün bu cəza ertələndi. Dörd ildir ki, həyat yoldaşım  həyatımı cəhənnəmə çevirib”.

Tilif evlilik dövründə borcları səbəbilə Bahçəyaka məhəlləsindəki evini satdığını və Çıplaklı məhəlləsində 1+1 ev aldığını bildirib. Lakin həyat yoldaşı evin tamamilə öz adına keçirilməsini tələb edib. İlk olaraq evi "ortaq mülkiyyət" kimi qeydiyyata saldırsa da, həyat yoldaşının təzyiqləri nəticəsində evi tamamilə onun adına keçirib. Lakin bundan sonra həyat yoldaşının onu aldadığını öyrənib və 10 avqust 2024-cü ildə baş verən bir mübahisədən sonra evdən uzaqlaşdırma qərarı çıxarılıb.

Tilifin sözlərinə görə, həyat yoldaşı bir ay əvvəl evi öz qızının adına keçirib. Bu səbəbdən artıq heç bir haqqı qalmadığını düşünərək, tamamilə ümidsiz vəziyyətə düşüb.

O, maddi vəziyyətinin ağır olduğunu, hüquqi mübarizə apara bilmək üçün vəkil tutacaq imkanının olmadığını və hüquqi dəstək axtardığını bildirib. Avtomobili də yararsız hala düşüb. 6 gün əvvəl keçirdiyi yol qəzası isə Tilifin vəziyyətini daha da ağırlaşdırıb. Qəza baş vermədən əvvəl alüminium qutu toplayaraq və ikinci əl geyimlər satarq dolanırdı. Gündəlik 200-300 TL qazanaraq dolanmağa çalışan Tilif, qəza nəticəsində avtomobilinin idarəetmə sistemi sıradan çıxdığı üçün artıq heç bir iş görə bilmədiyini bildirib.

"Bu avtomobillə gecələr küçələri gəzərək qutu yığır, köhnə geyimlər satırdım. Gündə 200-300 lirə qazanırdım. İndi nə avtomobilim var, nə də işim. Allah bildiyi kimi etsin”.

Tilif həyat yoldaşı Z.T.yə də səslənərək onu Allah’a həvalə etdiyini bildirib.

“İnsan bir səhv edərsə, cəzadan qaçmağa çalışar. Amma vicdanından qaça bilməz. O, məni avqustdan bəri küçələrdə süründürüb. Mən onu Allah’a həvalə edirəm. Amma vicdanının olduğunu da düşünmürəm”.

Nəcəd Tilifin sosial mediada tanış olub evləndiyi qadınla keçirdiyi dörd illik evlilik onun həyatını tamamilə kabusa çevirib. Evini həyat yoldaşının adına keçirəndən sonra aldadıldığını öyrənib və evdən uzaqlaşdırma qərarı alınıb. Hazırda 4 aydır küçələrdə, avtomobilinin içində yaşayır. Keçirdiyi yol qəzası isə onun maddi durumunu daha da çətinləşdirib. Hüquqi mübarizə aparmaq üçün yardım və dəstək axtarır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1095

Oxşar yazılar