"Barselona" Levandovski ilə  müqaviləni   2027-ci ilə qədər uzadacaq
12 fevral 2025 15:36 (UTC +04:00)

"Barselona" Levandovski ilə müqaviləni 2027-ci ilə qədər uzadacaq

"Barselona" hücumçu Robert Levandovski ilə müqavilənin uzadılması ilə bağlı razılığa gəlib. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə jurnalist Fabrisio Romano məlumat verib.

36 yaşlı polşalının hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Müqavilə yaxın həftələrdə daha bir il uzadılacaq.

Levandovski "Barselona"ya 2022-ci ilin yayında "Bavariya"dan 45 milyon avroya keçib. O, Kataloniya klubunda üçün 128 oyun keçirib, 90 qol vurub və 20 məhsuldar ötürmə verib. "Barselona" ilə İspaniya çempionu olub və iki dəfə İspaniya Superkubokunu qazanıb.

Levandovski bu mövsüm 19 qolla La Liqanın bombardirləri siyahısına başçılıq edir və “Real”ın hücumçusu Kilian Mbappeni 3 fərqlə qabaqlayır.

"Barselona" La Liqanın turnir cədvəlində "Real”dan 2 xal geri qalaraq üçüncüdür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459

Oxşar yazılar