Ticarət mərkəzində yanğın
09 yanvar 2026 21:54 (UTC +04:00)

Ticarət mərkəzində yanğın

2

Tbilisidə yerləşən “Kidobani” ticarət mərkəzində yanğın baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, yanğın mərkəzin üçüncü mərtəbəsindəki mağazalardan birində başlayıb.

Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinin rəhbəri Teymuraz Mqebrişvili yanğının tamamilə söndürüldüyünü bildirib.

Onun sözlərinə görə, restoran zonasına aid 300 kvadrat metrlik sahə yanıb.

Mqebrişvili qeyd edib ki, yanğının söndürülməsinə 17 yanğınsöndürən texnika cəlb olunub və binadan 20-yə yaxın şəxs təxliyə edilib.

Hadisə zamanı xəsarət alan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 1381

Oxşar yazılar