Güclü qar yağışı Moskvada hava nəqliyyatında çətinliklər yaradıb.
Lent.az xəbər verir ki, Domodedovo hava limanında təyyarə qar yığınına ilişib.
Yayımlanan kadrlardan göründüyü kimi, təyyarənin şassisi qarda ilişib qalıb.
Güclü qar yağdığından görünüş məsafəsi azalıb.
Paytaxtın hava limanlarında 26 reys təxirə salınıb və ya vaxtı dəyişdirilib.
Ən böyük problem Vnukovo hava limanında yaşanır.
Burada 11 reys təxirə salınıb, daha 5 reys isə ləğv edilib.
Domodedovoya 4 reys təxirə salınıb, 6 reys isə Şeremetyevoda dəyişdirilib.
Jukovskidə ləğv edilmiş və ya gecikmiş reyslər yoxdur.