“James Webb” kosmik teleskopunun fəzaya göndərilməsi yenidən təxirə salınıb.
APA-nın xəbərinə görə, buna səbəb Fransa Qvianasındakı Quru poliqonundakı əlverişsiz hava səbəb olub.
Növbəti buraxılış dekabrın 25-nə təyin edilsə də, hər şey sabahkı hava proqnozundan asılı olacaq. Teleskopu fəzaya “Ariane 5” raketi qaldıracaq.
Astronomlar hazırlanmasına 30 ilədək vaxt sərf olunmuş teleskopun Yeni ilədək fəzaya göndərilməsini gözləyirlər. NASA-nın layihələndirdiyi texnika Kanada və Avropanın avadanlıqları ilə təchiz olunub.
“James Webb” 1990-cı ildə orbitə qaldırılmış “Hubble” kosmik teleskopunu əvəz edəcək. o, günəşətrafı orbitdə, Yerdən 1,5 milyon kilometr məsafədə işləyəcək.