ABŞ Müharibə Nazirliyi qərargah personalına nəzarət etmək üçün genişmiqyaslı tədbirlər planlaşdırır.
Lent.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat verib.
Məlumata görə generallardan tutmuş inzibati heyətə qədər 5000-dən çox əməkdaşdan məlumatların açıqlanmaması ilə bağlı müqavilələr imzalamaq və yalan cihazında yoxlamadan keçmək tələb olunacaq.