İran parlamentinin Təbrizdən olan deputatı Məsud Pezeşkian həbs edilmiş etirazçılarla rəftar və onların mühakimə olunmasını İslam Respublikası hökumətinin “qanunsuz” davranışının nümunəsi hesab edib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, Pezeşkian bildirib ki, problem qanunun icrası ilə bağlıdır: "Bizim konstitusiyada kimisə 24 saatdan artıq həbsdə saxlamamaq, yaxud təqsirləndirilən şəxsin vəkillə təmin edilməsinə dair maddəlr var. Konstitusiyaya əməl etsək insanlar bu qədər qəzəblənməyəcək”.
Millət vəkili daha sonra bildirib: “Qanunu biz yazdıq, amma başqa iş görürük, başqa cür hərəkət edirik və cəmiyyəti qızışdıran da öz səhvlərimizdir”.