Təbrizdə daha bir  azərbaycanlı vəkil   həbs olundu - FOTO
17 oktyabr 2022 10:25 (UTC +04:00)

Təbrizdə daha bir azərbaycanlı vəkil həbs olundu - FOTO

Təbrizdə vəkil və hüquqşünas Qasım Bodini İranın təhlükəsizlik orqanları həbs edib.

Lent.az "Mouze" teleqramına istinadən xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Məhkəmə Hüquqşünasları Assosiasiyası məlumat yayıb. 

Məsələ ilə bağlı sözügedən assosiasiya Şərqi Azərbaycan əyalətinin Məhkəmə Sisteminə müraciət edib və “Vəkillərin yeri zindan deyil” həştəqi ilə “tvitter”də kampaniya başladıb.

Müraciətdə rejimin Məhkəmə Hakimiyyəti rəhbərlərindən həbs edilən azərbaycanlı vəkilin tezliklə azadlığa buraxılması tələb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1806
avatar

Sevinc Fərid

Oxşar yazılar