Rusiyada "xarici agent" elan olunan tanınmış reper "Face" (əsl adı İvan Dremin) barədə cinayət işi açılıb.
Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onunla bağlı ittihamlar Ufa məhkəməsinə təqdim edilib.
Məlumata görə, "Face" 2022-ci ilin aprelində Rusiya Ədliyyə Nazirliyi tərəfindən "xarici agent" elan olunub. Hazırda Rusiyadan kənarda olan reper federal axtarışdadır.
Xəbərdə bildirilir ki, məşhur reper 2022-ci ildən bəri sosial media hesablarını "xarici agent" kimi qeyd etmədiyinə görə dəfələrlə cərimələnib.