Tanınmış müğənnidən etirazçılara dəstək - SƏHNƏDƏ SAÇINI KƏSDİ
27 sentyabr 2022 14:39 (UTC +04:00)

Tanınmış müğənnidən etirazçılara dəstək - SƏHNƏDƏ SAÇINI KƏSDİ

İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar bütün dünyaya yayılıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli müğənni Mələk Mosso da səhnədə saçını kəsdirərək, Məhisa üçün keçirilən etirazlara dəstək olub. 

Digər bəzi qadın etirazçılar da saçlarını kəsərək və hicablarını yandıraraq videolar paylaşırlar.

Qeyd edək ki, sentyabrın 13-də 22 yaşlı Məhsa Əmini saçının bir hissəsinin göründüyü üçün məcburi hicab qanunlarını tətbiq edən "əxlaq polisi" tərəfindən saxlanılıb. 

Həbsdə olarkən döyülərək komaya salındığı ehtimal edilən Əmini sentyabrın 16-da dünyasını dəyişib. Əmininin ölümü həm də illərdir rejimin zülmünə məruz qalan camaat, xüsusilə qadınlar üçün bir qığılcım oldu.

Əmininin ölümü ilə başlayan və bütün ölkəyə yayılan etirazlar 6 gündür ki, davam edir. Rejim qüvvələrinin sərt müdaxiləsi nəticəsində ən azı 7 nəfərin həyatını itirdiyi, yüzlərlə insanın yaralandığı, yüzlərlə insanın nəzarətə alındığı qeyd edilir. Küçələrdə hər şeyə müqavimət göstərən, baş örtüyünü yandıran, saçını kəsdirən qadınlar şəriət rejiminin devrilməsini tələb edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3675

Oxşar yazılar

Keçmiş prezidentə 11 il 5 ay HƏBS CƏZASI

Keçmiş prezidentə 11 il 5 ay HƏBS CƏZASI

3 iyun 2025 , 21:12
Ukrayna Krım körpüsünü  partlatdı -VİDEO

Ukrayna Krım körpüsünü partlatdı -VİDEO

3 iyun 2025 , 15:41
Timsah hamilə qadını parçaladı

Timsah hamilə qadını parçaladı

3 iyun 2025 , 12:06
İnsan orqanları  satan cərrahlar TUTULDU

İnsan orqanları satan cərrahlar TUTULDU

3 iyun 2025 , 11:38
Rusiyanı SARSIDAN  əməliyyatla bağlı YENİ SİYAHI

Rusiyanı SARSIDAN əməliyyatla bağlı YENİ SİYAHI

3 iyun 2025 , 10:14
Türkiyə yaxınlığında ZƏLZƏLƏ:  bir ölü, 69 yaralı var

Türkiyə yaxınlığında ZƏLZƏLƏ: bir ölü, 69 yaralı var

3 iyun 2025 , 08:21
Amerikalı aktyor Conatan Cossu qonşusu güllələdi

Amerikalı aktyor Conatan Cossu qonşusu güllələdi

3 iyun 2025 , 03:37
Bill Qeyts sərvətini nəyə xərcləyəcək? - Özü açıqladı

Bill Qeyts sərvətini nəyə xərcləyəcək? - Özü açıqladı

3 iyun 2025 , 02:49